Ölkə 14:21 13.07.2017

Erməni musiqiçiyə tərif yazan xalq artisti özünü belə müdafiə etdi

Xalq artisti Brilliant Dadaşovanın erməni qarmonçalan Varujan Şahbazyanla İnstaqramda isti münasibəti hər kəsi təəccübləndirib. "Qaynarinfo" axşam.az-a istinadən xəbər verir ki, xalq artisti sosial şəbəkədə məsələyə münasibət bildirib.

Müğənni rəqs edən videosunu paylaşaraq özünü müdafiə etməyə çalışıb. O, yazılanları danaraq, bunu özünə qarşı “qara piar” adlandırıb: “Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdi. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının İnstaqramdakı paylaşımlarınıb altına ürək, əla işarələri düzməsi ilə gündəmə gəlib. Daha sonra isə B.Dadaşova Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Bir məqam da diqqətimizdən qaçmayıb ki, ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da "Instagram" profilini bağlı edib. Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.

Qaynarinfo.Az