Siyasət 14:37 22.05.2013

Erməni nazir Əkrəm Əylislidən danışdı

“Onu ölkədən qovurlar”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan yazçısı Əkrəm Əylisilinin “Daş yuxular” əsəri ilə bağlı danışıb. Modern.az saytının xəbərinə görə, Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində Oksford unversitetində çıxış edən erməni nazir Dağlıq Qarabağ münaqişəsini ilə bağlı aparılan sülh danışıqlarına toxunub.

Rəsmi Bakıya qarşı ittihamlar yağdıran düşmən ölkənin naziri Azərbaycanda torpaqların işğaldan azad olunması üçün müharibəyə hazırlıq ruhunun yüksək olmasından narahatlığını ifadə edib.

“Bir müddət əvvəl yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparılıb. Ona görə ki, yazıçı öz əsərində erməni talanları ilə bağlı mövzuya toxunub. Əkrəm Əylisli Azərbaycandan xaricdə sığınacaq tapmaq məcburiyyətində qalıb”- deyə Nalbandyan ağ yalan danışıb.

Erməni nazir bildirib ki, bütün bunlara baxmayaraq, Ermənistan Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, Əkrəm Əylisinin “Daş yuxular” əsəri ölkədə ciddi rezonans doğurub. Ölkə ictimaiyyəti bu kitabda əks olunan bədii hadisələrdə tarixin ciddi şəkildə təhrif olunmasına etirazını bildirib və yazıçı bütün dövlət mükafatlarından məhrum olunub. Buna baxmayaraq, Ə.Əylisli heç bir ölkəyə getməyib. Hazırd Bakıda yaşayır.

Qaynar.info