Foto 13:52 19.06.2018

Erməni PUA-sı mövqelərimiz üzərində: ordumuz məhv etdi (FOTOLAR)

İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.