İdman 10:46 06.01.2014

Erməni Ruslan Abışovla bağlı nə vaxt qərar verəcək?


Ruslan Abışovun "Rubin"dəki təleyinə yeni çalışdırıcının təyinatından sonra aydınlıq gələcək. Fanat.az-ın əldə etdiyi məlumata görə, Kazan klubuna baş məşqçi təyin olunacağı gözlənilən erməni Vardan Minasyan komandanı Antalyaya təlim-məşq toplanışına aparacaq.

O, məhz burda millimizin üzvü ilə bağlı qərarını verəcək. Erməni çalışdıcı həmyerlimizi bəyənəcəyi şalda komandada qalacaq, əks halda gedəcək. Peşəkarlığı bir kənara qoysaq, Minasyanın Ruslanı "Rubin"də saxlayacağı gözlənilən deyil. Belə olan halda futbolçumuz icarəyə veriləcək.

Yayılan məlumatlara görə, Abışovun xədmətində sabiq komandaları - "Neftçi" və "Xəzər Lənkəran"la yanaşı, "Qəbələ" də maraqlıdı. Hətta Ruslan sonuncu dəfə Bakıda olarkən bəzi klub rəsmiləri futbolçu ilə görüşüb və icarəyə veriləcəyi halda onu komandalarında görmək istədiklərini bildiriblər.

Amma millinin üzvü vətənə dönməyin əleyhinədi. Ona hazırda Rusiya Premyer Liqasının ortabab klublarından təkliflər var. Abışov "Rubin"də qalmayacağı halda, Rusiyanın başqa bir komandasında icarə əsasında çıxış edəcək.

Qaynar.info