Dünya 17:47 28.01.2013

Erməni səfirin qızı İslamı qəbul etdi

Dünyaca məşhur erməni müğənni Şarl Aznavurun qızı İslam dinini qəbul edib.

“Şarl Aznavurun qızının bu addımı tolerantlığın ən yüksək pilləsidir”. Qaynar.info-nun verdiyi xəbərə görə, bu sözləri Ermənistanın “NEWS.am” informasiya portalına adının açıqlanmasını istəməyən yüksəkçinli siyasi rəsmilərdən biri deyib. Saytın mənbəsi Kati Aznavurun mərakeşli bir şəxslə evləndikdən sonra İslamı qəbul etdiyini təsdiq edib. O həmçinin qeyd edib ki, Kati Aznavurun bu addımı tolerantlıq və başqa dinlərə sayğı nümunəsidir.

Qeyd edək ki, erməni əsilli məşhur Fransız müğənnisi Şarl Aznavur hal-hazırda Ermənistanın İsveçrədəki səfiridi, o həmçinin YUNESKO-nun xoşməramlı səfiridir.