Foto 17:56 29.05.2018

Erməni vəhşiliyi: atəşə tutulan kombayna 11 güllə dəyib (FOTO/VİDEO)

Ermənistan silahlı bölmələri tərəfindən atəşə məruz qalan kombayna 11 güllə dəyib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, mayın 29-da səhər saatlarında ermənilər Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərində atəşəkəsi pozub. Bu zaman taxıl sahəsində apra biçini işlərini aparan, rayonun Əbdülrəhmanlı kənd sakini Taleh Kamandar oğlu Həsənovun idarə etdiyi kombayn atəşə məruz qalıb.  

Xəsarət alan olmasa da kənd təsərrüfatı texnikasına ciddi ziyan dəyib.