Siyasət 23:48 02.08.2013

Ermənilər ABŞ-ın Bakıdakı səfirini hədələdilər

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstarın öz mənzil-iqamətgahında iftar məclisi keçirməsi erməni KİV-ləri tərəfindən birmənalı qarşılanmayıb.

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bir sıra erməni KİV-ləri «ABŞ-ın Azərbaycandakı səfiri islamı qəbul edib?» kimi məkrli başlıqlarla məqalələr dərc ediblər. Belə KİV-lərdən biri də «News.Am» portalıdır.

Portalın "vunderkind-jurnalist"lərinin fikrincə, Morninqstarın müsəlman olmaya-olmaya iftar məclisində iştirak etməsi çox "təhlükəli məsələdir". Sonra özləri bu təhlükənin haradan qaynaqlanmasını rahatca açırlar. Onların fikrincə, Morninqstar Ermənistan-Azərbaycan münaqişəsini, ermənilərlə azərbaycanlıların müharibə vəziyyətində olmasını nəzərə almalıymış, buna görə də iftar məclisində iştirak etməməliymiş.

Yəni dolayısı ilə erməni jurnalistlər ABŞ diplomatını hədələyiblər ki, bu məsələni çox yaxşı bacarırlar. Dünya erməni terrorçularının mütəmadi olaraq hansısa ölkələrin diplomatik təmsilçiliklərin nümayəndələrinə, xüsusi ilə türkiyəli diplomatlara qarşı sui-qəsdlər törətməsini yaxşı xatırlayır.

Qaynar.info