Ölkə 18:36 06.10.2018

Ermənilər Qarabağda PUA-ları havaya qaldırdı

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejim hərbi təlimlər keçirib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, işğalçı erməni hərbi birləşmələri təlimdə pilotsuz uçuş aparatlarından da (PUA) istifadə edib.

Son vaxtlar erməni hərbi birləşmələrinin Qarabağda tez-tez təlim keçirməsi onların müharibəyə hazırlaşması ehtimalını artırır.