Foto 11:32 18.10.2019

Ermənilər Qarabağda top atışları həyata keçirdi (FOTOLAR)

Ermənistan ordusu işğalda saxladığı Qarabağda təlimlər keçirir.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, təmas xəttinin şimal istiqamətində ordumuzla üzbəüz mövqe tutan "Yexnikner” 10-cu dağ-atıcı diviziyasının artilleriyaçıları təlim atışları həyata keçirib.

Azərbaycanın Tərtər və Goranboy rayonları ilə təmas xəttində yerləşən diviziyanın atışları ətraf ərazilərdə də eşidilib.