Ölkə 14:11 04.05.2013

Ermənilər Şuşada yeni stadion tikiblər

Erməni mediasının yaydığı xəbərə görə, "DQR prezidenti" Bako Saakyan Şuşada incəsənət mərkəzinin təntənəli açılışında iştirak edib.

Saakyan erməni oliqarxlar Sergey, Karo və Kamo Sarqsyan qardaşlarına Şua şəhərində xeyriyyəçilik proqramlarının maliyyələşdirilməsində fəallıq etdiklərinə görə təşəkkür bildirib.

Həmin gün Saakyan Şuşada tikilmiş yeni stadionun açılışında da iştirak edib. O, Ermənistanın futbol federasiyasının sədri Ruben Ayrapetyana təşəkkür edib və bildirib ki, yeni nəslin sağlam tərbiyəsi üçün bu cür idman obyektləri mühüm əhəmiyyət kəsb edir.(musavat.com)