Dünya 18:19 06.08.2013

Ermənilər uşaqlarını satırlar


Ermənistanın Vanadzor şəhərində uşaq alveri faktı aşkarlanıb. Milli.Azxəbər verir ki, Ermənistan polisinin baş axtarış idarəsi uşaq alverində şübhəli bilinən E.Anna, V.Hetserix, A.Serine, S.Narek, və X.Araluys adlı 5 nəfəri saxlayıb. Bu şəxslər Alla adlı xarici vətəndaşla razılığa gələrək A.Rima adlı azyaşlı uşağı ona 15000 dollara satmağa çalışıblar.

Razılağa əsasən, V.Hetserix avqustun 5-də Alladan 7000 dollar pul alıb. Qalan 8000 dolları isə Alla yaxın bir neçə gün ərzində ödəməli idi.

Faktla bağlı baş polis idarəsində Ermənistanın cinayət məcəlləsinin 168-ci maddəsinin 1-ci bəndinə əsasən, cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info