Hüseynbala Səlimov
Siyasət 12:38 29.05.2018

Ermənistan danışıqlara nə vaxt start verəcək?

Hüseynbala Səlimov

Ermənilər Azərbaycanın və Türkiyənin insanlarının gecə -gündüz onların haqqında düşündüyünü zənn etsələr də ən azı biz azərilərə bu axmaq ölkəni maraqlı edən yeganə amil Dağlıq Qarabağ problemidir. 

Adını nə qoyurlarqoysunlar, fəqət, bizim üçün bütün hallarda ermənilərin yeni kabinetinin Dağlıq Qarabağ problemiləbağlınə düşündükləri olduqca maraqlıdır.Vuruşmaq niyyətləri varsa vuruşaq, yox, danışmaq arzuları varsa, danışaq–axır, necə deyərlər, işimizi bilək.         

Amma Ermənistanın təp-təzə "inqilabi hökumətinin” çox tez  bir zamanda Dağlıq Qarabağla bağlı danışıqlar müstəvisinə qayıdacağını əsla gözləmirk və bu, da səbəbsiz deyildir. 

Birincisi, istənilən hökumətin tam formalaşması üçün müəyyən vaxt lazımdır. 

İkincisi, yeni hökumət əvvəlcə özünüvahid komanda kimi hiss etməli və onun müxtəlif problemlərlə bağlı ortaq mövqeyi müəyyənləşməlidir. 

Üçüncüsü, əsl legitim və fəaliyyət iqtidarında olan hökumət Ermənistanda yalnız yeni parlament seçkiləri zəminində formalaşa bilər. 

İndiki hökumət isə özgə, rəqib bir parlamentin küçə etirazlarının təzyiqi altında müvvəqqəti mandat verdiyikabinetdir. 

Hətta siyasətdən uzaq adama da aydındır ki,istəsə belə, yeni hökumət ciddiiş görə bilməz, çünki arxasında özparlament çoxluğu dayanmayıb – parlament, hökumətin mühüm hissəsi və yerli hakimiyyətlər və ən başlıcası da Dağlıq Qarabağ hərbi–siyasi teatrı da hələ də əvvəlkisiyasi klanının nəzarətindədir.
O səbəbdən də Qarabağla bağlı yeni hökumət üzvlərinin, o cümlədənN.Paşinyanınsayıqlamarı böyük ehtimalla ilkin zond xarakteri daşıyır. 

Bu adamlargözəl anlayırlar ki, Qarabağ hərbi və siyasi teatrını hələ Qarabağ klanı idarə edir. Bunlar əvvəlcəDağlıq Qarabağı özləri üçün idarə olunan vəziyyətə gətirməlidirlər ki, onun adından danışa bilsinlər. 

Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılması məsələsi də yeni mahnı deyil, Ermənistan illərdir, bunu reallaşdırmağa cəhd edir, amma indiyədək bu, nə hüquqi və nə də institusional ifadəsini tapmayıbdır. Nə Minsk Qrupu formatında belə şey nəzərdə tutulubdu, nə dəErmənistanın özü Dağlıq Qarabağı tərəf kimi tanıyıbdır. 

Baş nazir Paşinyanın Dağlıq Qarabağın tərəf kimi danışıqlara cəlb edilməsi təklifilə çıxış etməsi isəböyük ehtimalla Qarabağ ermənilərinin "saqqızını oğurlamaq” cəhdindən vəonların xoşuna gəlmək istəyindən başqa şey deyil. 

Həm də Paşinyan yeni hakimiyyət kimi sələflərinin Qarabağla bağlı siyasətini də tənqid etməlidir. Bunun üçünsə deməlidir ki, S.Sarkisyan hökuməti Dağlıq Qarabağı tərəf kimi tanıda bilmədi, 2016 - ci ilin aprel döyüşlərində ciddi itkilər verdi və s...

Yəni bu məsələyə də adi siyasi söz savaşı prizmasından baxmaq lazımdır – yeni hökumətlər adətən özlərindən əvvəlkiləri tənqid edirlər. Həm də burada başqa bir mühüm detal var. Dağlıq Qarabağ siyasətinin detallarını hələki Kreml müəyyənləşdirir. 

Kremlə isə hazırdaproblemin hansısa formada həlli sərf etmir, çünki onun həll ediləcəyi təqdirdə Moskva ya Bakını, ya da İrəvanı itirəcək, bu isə Kremlə lazım deyildir və o, Dağlıq Qarabağ problemilə hələki Bakını və İrəvanı ətraflında saxlamağa üstünlük verir. 

Moskva yalnız bir halda problemin həllinə start verə bilər: Bakı ilə İrəvandan birini seçmək qərarına gələndə. Hələki V.Putin belə dilemma qarşısında dayanmayıb. Ermənistan inqilabının "geosiyasi rəng”i başqa çalarlar almağa başlayanda mümkündür ki, Moskva ilə İrəvan arasında dərin"çat” yaransın – bəli, o halda nəsə ola bilər...

Hətta bu halda da Kreml dərhal Ermənistandan vaz keçməyə qərar verməyəcək, əvvəlcə problemi Ermənistanın içində həll erməyə və cızıqdan çıxmış erməni hakimiyyətini başqası ilə, rusiyayönümlü siyasi qüvvə ilə əvəz etməyə çalışacaq. Yox, bu,da heç cür alınmazsa, o halda "çat” həqiqətəndərinləşə bilər və Kremlseçim etməli olar.

Həm də vaxtilə Cənubi Qafqazın digər milli liderlərindən fərqli olaraq (məsələn, Zviad Qamsaxurdiadan!) hətta eks-prezident L.Ter-Petrosyannın Kremllə demək olar ki, problemi yox idi. Problem o vaxt yarandı ki, L.Ter-Petrosyan Qarabağlabağlı fərqli siyasət yürütməyə və Moskvanın müəyyən etdiyi hüdudlardan kənarlaşmağaçalışdı. 

Bəli, bu mənada N.Paşinyan da M.Saakaşvili olmayacaqdır, artıq indidən bu adam V.Putinlə Soçidəki ilk görüşündə bütün məsələlərdə anlaşmanın olduğunu iddia edir. Fəqət, Kreml hələ Paşinyana tərəddüdlə yanaşır və rus mediası da onu "qərbpərəst və satqın rusofob” adlandırır.     

Həmsədrlərbu yaxınlarda bəyan etdilərki, artıq iyun ayında Ermənistanın yeni hökumətilə müzakirələrə başlamaq istəyirlər. Təbii ki, bu, da bir diplomatik jestdir və mənası da budur ki, biz də yeni hökuməti tanıyırıq və onunla müzakirə yapmağa hazırıq.D.Trampın da məktubunda vəd etdiyi "ciddi dəyişiklik”lər vədinə də elə bu yönümdən yanaşmaq lazımdır. Bir daha deyirik ki, N.Paşinyan hökumətinin "legitimlik resursları” elə onun davamlılıq potensialı kimi azdı. Bu adam hələki daha çox küçə və meydanları idarə edə bilir, nəinki dövləti. 

Parlamentə yeni seçkiləri yubatmaqda da məqsədi küçə və meydanların təzyiqindən əvvəlki hakimiyyəti maksimum dərəcədə siyasi səhnədən uzaqlaşdırmaq üçün istifadə etmək arzusudur, çünki indiki halda,- hakim partiyanın parlamentə, hökumətin böyük hissəsinə və yerli hakimiyyətlərə nəzarət etdiyi vaxtda seçki keçirmək bir ağılsızlıq olardı.

O ki qaldı bizim hökumətin, xüsusən də diplomatlarımızın bəyanatlarına, əvvəl deyirdilər ki, substantiv danışıqlara hazırıq, indisə bunu yeni terminlə əvəz ediblər–intensiv danışıqlar. 

Halbukidiplomatlarımızın bəyanatlarında ən azı aprel döyüşlərindən sonra bir ton sezilməlidir: DİQTƏ TONU. Qoy, biz erməni hökumətinin yox, əksinə ermənilər bizim diplomatların bəyanatlarını çözməklə məşğul olsunlar. 

Həm də bilmək lazımdır ki, N.Paşinyan Dağlıq Qarabağla bağlı siyasətində dəyişiklik etməsə, bütövlükdə region dövlətlərilə normal və işgüzar münasibətlər qurmağa çalışmasa, heç nəyə nail olmayacaq, çünki real həyatda möcüzə olmur və ona hətta ABŞ-dan dəvət etmək istədiyi iqtisadçı D.Əcəmoğlu da kömək edə bilməyəcək – bir daha ərz edirik ki, Ermənsitanın iqtisadi cəhətdən özünə gəlməsinin bir yolu var: Bakı və Ankara ilə normal münasibətlər qurmaq. Qursalar nəsə alınacaq, yox, əgər Köçəryan-Sarksiyan yolunu seçəcəklərsə özlərindən küssünlər.

Qərəz, real, bu gün üçün mövcud olan siyasi durum budur. Bir daha onu da deyək ki, hətta Moskvanın özündə yeni "inqilabi hökumət”in tutacağı istiqamətlə bağlıyəqinlik yoxdur, daha doğrusu, N.Paşinyana inanmır və öz balalaykalarında köhnə siyasi mahnılarını ifa edirlər. 
Bu mahnıların məğzi isə budur ki, Ermənistan Rusiyadan aralanmaq fikrinə düşərsə, Yer üzündən silinəcək. Kim siləcək? Təbii, Azərbaycan və Türkiyə!

Sonuncu ilə bağlı nə demək olar? Bizim ilk Demokratik Respublikanın vaxtında, yəni 1918-20-ci illərdə, rus imperiyasının çökdüyü bir vaxtda Azərbaycan Respublikası bir dəfə belə olsun, Ermənistana ərazi iddiası irəli sürmədi, əksinə İrəvanı onlara güzəşt etdi ki, ermənilər dövlətlərini elan edə bilsinlər. İndi də Azərbaycan Ermənistana heç bir ərazi iddiası irəli sürmür, halbuki bunun üçün yetərincə əsaslarıvar.

Bəs onda Rusiya nə deyir, nə istəyir? Kremlin nə istədiyi bəllidir – onlara lazımdır ki, İrəvan "tilov”dan çıxmasın. Bəs ermənilər nə istəyir? Bax, həqiqətənçətinsualdır bu. Guya, "böyük Ermənistan” sevdasında bulunurlar. Amma bu axmaq xalq qətiyyənbaşa düşmək istəmir ki, "böyük Hayastan” realşey olsaydı, ona birinci badalağı Kremlgələrdi...

Məhz Ermənistanın özünə və sayıqlamarına qeyri–ciddi münasibətin təzahürüdür ki, rusların bu ölkəyə və onun xalqına qarşı tonunda heç bir millətə münasibətdə təsadüf olunmayan aşağılayacı və təhqiredici notlar duyulur. Amma bundan nəticə çıxarır, özlərinə qoyulurlarmı? Təəssüflər olsun ki, yox...
Paşinyan anlamalıdır ki, Ermənistanın sosial-iqtisadi reabilitasiyasının bircə yolu var: Bakı və Ankara ilə münasibətləri dəyişmək. 

Burada M.Saakaşvilinin bir etirafını yada salmaq istərdik: "Mən iqtisadi və maliyyə dəstəyini okeanın o biri tərəfində axtarırdım, amma onu gəlib Bakıda tapdım”... 

Paşinyan da bunu qansa, işləri düzələcək, yox, əgər qanmasa, onda özündən küssün–vaxt gələcək, hətta bu gün ona əl çalanlar belə daşa basacaq onu...