Dünya 13:49 29.03.2024

Ermənistan ermənipərəst rus jurnalistin verilişlərinin yayımını blokladı

Ermənistan hakimiyyəti Rusiyanın "Vladimir Solovyovla axşam” və "Vladimir Solovyovla bazar axşamı” adlı siyasi tok-şoularının ictimai yayımını bloklayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın teleradio yayım şəbəkəsi məlumat yayıb.

"Ermənistanın televiziya və radio yayımı şəbəkəsi Ermənistan Respublikası ərazisində RTR-Planeta telekanalında yayımlanan "Vladimir Solovyovla axşam” və "Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin ictimai yayımını bloklayıb”, – televiziya şəbəkəsi özünün Facebook səhifəsində məlumat yayıb. 

Televiziya şəbəkəsi Ermənistanın Televiziya və Radio Komissiyasının müəyyən etdiyi "daimi pozuntulara” görə tok-şousunu yayım cədvəlindən çıxarıb. Tok-şoular "Kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası sazişin 5 və 6-cı maddələrini pozub. Bu maddələrə görə, verilişlər daxili siyasi həyata müdaxilə etməməli və təhqiredici məzmunda olmamalıdır.

Nizami Bağırov