Dünya 16:33 09.04.2018

Ermənistan höküməti istefaya göndərildi

Ermənistan höküməti istefaya göndərilib.

Qaynarinfo xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Aprelin 9-da and içmiş yeni prezident Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb. Bütün nazirlər və hökümət üzvləri istefaya göndərilib. Aprelin 16-sına qədər ölkənin nazirləri, 17-sində isə parlamentdə baş nazir seçiləcək. Eks-prezident Serj Sarkisyanın yeni baş nazir təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, mayın ilk 10 günündə hökümət formalaşacaq.

Gülşən