Siyasət 13:47 16.04.2013

“Ermənistan perspektivi olmayan dövlətdir”

“Qondarma “erməni soyqırımı”nın dünya ölkələrində tanıdılması üçün edilən cəhdlər ermənilərin xəstəliyindən xəbər verir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
 
Onun sözlərinə görə, “erməni xəstəliyi”nin müalicəsi çətindir: “Bu xəstəlik müalicə olunmadıqca, fəsadları getdikcə çətinləşir. Dərinləşdikcə də ermənilərin özlərinə ziyan gətirəcək. Bu uydurma “soyqrımın” nə tarixi, nə hüquqi, nə də mənəvi baxımdan heç bir əsası yoxdur. Sadəcə, ermənilər bu fantaziya, xəstəliklə yaşayırlar. Bunun da səbəbi qonşu ölkələrə - Azərbaycana, Gürcüstana, Türkiyəyə və hətta Rusiyaya qarşı ərazi iddiaları ilə bağlıdır. Baxmayaraq ki, indiki Ermənistanı saxlayan Rusiyadır”.
 
Z.Əsgərov qeyd edib ki, tarix elmi ermənilərin Cənubi Qafqaza gəlmə xalq olduğunu çoxdan sübut edib: “Onlar bura köçürülüb gətiriliblər ki, bu cür problemlər yaratsınlar. Bu cür şouların heç bir əsası yoxdur. Sadəcə onların ağıllı adamları oturub fikirləşməlidirlər ki, qonşu ölkələrlə əlaqələri düzəldilsin. Yoxsa bunlar nə qədər erməni diasporunun köməyi ilə yaşayacaqlar? Gərək quyunun özündə də su olsun. Ermənistanın özünün nə iqtisadi, nə də insan resursları yoxdur ki, irəli gedə bilsin. Yəni bu dövlət dünyada perspektivi olmayan dövlətlər siyahısına daxildir. Ermənistan əhalisi bunu bilir. Ermənistan rəhbərliyi əhalinin diqqətini belə şeylərdən yayındırmaq üçün cəbhədə atəşkəsi pozur, müxtəlif təxribatçı hərəkətlər törədir. Hesab edirəm ki, bunun da sonu olmayacaq”.

Qaynar.info