Dünya 14:33 18.09.2019

Ermənistan Polisinin rəisi istefa verdi (YENİLƏNİB)

Baş nazir Nikol Paşinyan Ermənistan Polisinin rəisi Valeri Osipyanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. 

Qaynarinfo erməni KİV-inə istinadən xəbər verir ki, səhər saatlarında prezident Armen Sarkisyan Valeri Osipyanın Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam imzalamışdı.
 
 
*** 10.08 
Ermənistan Polisinin rəisi Valeri Osipyan istefa verib.

Qaynarinfo xəbər verir ki, ölkə mediasının məlumatına görə, V.Osipyan qərarını bu gün ictimaiyyətə açıqlayacaq. 

Valeri Osipyan bu barədə qərarı Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edib. 

Qeyd edək ki, 2 gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan da istefa verib.