Siyasət 19:40 25.04.2018

Ermənistanda hakim koalisiya dağıldı

Ermənistanda hakim koalisiya dağılıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.

Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: "Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik".