Dünya 22:17 16.07.2018

Ermənistanda nazirlik binası uçub: Vəzifəli şəxs ölüb

Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.

Yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb. Onun hadisə yerində meyiti aşkar edilib.

Uçqunun səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.(azvision.az)