Dünya 14:18 25.05.2013

Ermənistanda qiyam gözlənilir

Ölkədə baş verən sosial böhran artıq sosial partlayışa yol açır

Bunu “İRS” partiyasının rəhbəri Ruben Akopyan parlamentdə çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, inhisarçılığın, kölgə iqtisadiyyatın və korrupsiyanın mövcud olduğu bir ölkədə sosial proqram həyata keçirilə bilməz.

“İnhisarçılıq, kölgə iqtisadiyyatı və korrupsiya – sistemi artıq təhlükəli həddə çatıb. Nəticədə biz bu gün sosial üsyan ərəfəsindəyik. Çoxsaylı sosial gərginlik, eləcə də alınan qazın qiymətinin qalxması sosial partlayışa səbəb ola bilər ".

Qaynar.info