Dünya 10:50 17.09.2018

Ermənistanda yaşayış binasında partlayış: 30 sakin təxliyə edildi

Ermənistanın Razdan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Qaynarinfo xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb. Partlayış baş verən mənzildə partlayıcı hazırlanması üçün lazım olan vasitələr aşkar edilib. 

Hadisədən sonra 30 sakin təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.