Siyasət 11:04 20.06.2013

Ermənistandan Rusiyanın Azərbaycana silah satmasına münasibət

Azərbaycan tərəfindən Rusiyadan silah və hərbi texnikanın alınması ümumilikdə problem kimi qiymətləndirilmir və Ermənistanın müvafiq orqanları bu barədə hələ müqavilə bağlananda xəbərdar idilər.

Trend-in məlumatına görə, bu barədə "Armeniareport" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovannisyanın "Facebook" sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat yayıb.

Ötən gün KİV-də Rusiyadan silah və hərbi texnikanın Azərbaycana çatdırılması haqqında yayılan məlumat Ermənistanda böyük reaksiya doğurub.

O, həmçinin bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi xəbər lentlərindəki müəyyən dezinformasiya elementlərini nəzərə alaraq hər hansı bəyanat verməkdən və mövqe bildirməkdən çəkinir.

Qaynar.info