Siyasət 23:20 10.10.2018

Ermənistanın baş naziri oktyabrın 16-da istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefaya verməyə hazırlaşır.

"Report” TASS-a istinadən xəbər verir ki, Paşinyan bunu "France 24" telekanalına deyib.

Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bu, mənim oktyabrın 16-da istefaya gedəcəyim təqdirdə real olacaq", - deyə telekanal onun sözlərini sitat gətirib.