Dünya 20:47 25.02.2018

Ermənistanın cənubunda zəlzələ oldu

Ermənistanda zəlzələ olub.

Qaynarinfo news.am-a istinadən xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Ermənistanın cənubunda Naxçıvanla sərhəddə yerləşən Dərələyəz bölgəsinin Elpin kəndində qeydə alınıb. Zəlzələnin gücü Rixter şkalası ilə 3,3 bal olub.

Təkanlar episentrdə 4-5 bal təşkil edib. Zəlzələ 10 kilometr dərinlikdə baş verib.
 
Dağıntı və təlafatın olmadığı bildirilir.