Ekonomiks 12:20 02.04.2013

Ermənistanın ən böyük şirkəti satılır

Ermənistanın "168 saat" qəzeti öz mənbələrinə istinadən yazır ki, hazırda "Armavia" şirkətinin gələcək taleyi ilə bağlı üç variant müzakirə edilir. 

Birinci varianta əsasən, "Armavia"nın sahibi ABŞ-ın hər hansı şirkəti ola bilər. İtaliya inevestorlarının şirkəti alması ikinci variantdır. Üçüncü variant şirkətin səhmlərinin 51 faizini ölkə hökumətinin almasını nəzərdə tutur.

"Şirkətin 30 milyon dollar həcmindəki xarici borcunu istənilən halda dövlət, yəni vergi ödəyiciləri ödəməlidir. Çünki müflisləşən şirkətin borcu ona uçuşları həyata keçirməyə icazə verən ölkənin mülki aviasiyasına keçir. Ermənistan Mülki Aviasiyanın Baş İdarəsi dövlət strukturu olduğuna görə borc dövlətə keçir" , - qəzet qeyd edir.

Qaynar.info