Qarsa gedən elektrik xəttinin yarımstansiyasına 1,8 milyon avro yatırılırErmənistan hökuməti 2014-cü ildə “Gümri-2” yarımstansiyasının modernləşdirilməsinə 1,8 milyon avroya yaxın vəsait yatırıb.
ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Ermənistanın energetika naziri Armen Movsisyan yarımstansiyaya göstərilən xüsusi diqqətin onun regional əhəmiyyətindən qaynaqlandığını söyləyib: “Bu stansiya regional əhəmiyyətlidir, çünki Ermənistanla Türkiyəni birləşdirən Gümri - Qars yüksək gərginlikli elektirk xəttinin üzərində yerləşir”.
Erməni saytları məhz məsələnin bu tərəfinə diqqət yetiriblər. “Türkiyəyə gedən yüksək gərgənlikli elektriki xəttinin yarımstansiyasına 1,8 milyon avro yatırılır” kimi başlıqlı xəbərlər yazıblar.
Qaynar.info
Şərhlər