Erotik videolarla şantaj olunan Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev sosial şəbəkədən gedib.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Aktyor bildirib ki, hazırda proses hüquq-mühafizə orqanlarının nəzarəti altındadır:
"İş gedir. İnanıram ki, məni şantaj edənlər tapılacaq. Bu məqsədlə də sosial şəbəkədən çıxdım”.
Kazım Abdullayev hazırda özünü yaxşı hiss etdiyini deyir:
"Həmin günü vəziyyətim pis idi. İndi şükürlər olsun ki, səhhətim düzəlib”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev erotik videolarla şantaj olunub. Aktyor ondan pul tələb edildiyini vurğulayıb.
Bahar Rüstəmli
Şərhlər