Dünya 10:11 05.08.2013

Əsəd gələn Ramazana kimi vaxt verdi

Əgər əhali ölkə ərazisində nizam-intizamı bərqərar etməkdə orduya fəal kömək etsə, Suriyada silahlı münaqişə bir neçə ay ərzində başa çata bilər. 

Qaynar.info-nun məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

Prezident bildirib ki, ordu əhalinin fəal dəstək verdiyi rayonlarda daha çox uğur qazanır: "Hazırda qarşılaşdığımız bütün problemlər təhlükəsizlik məsələləri ilə əlaqədardır. Bu problemləri yalnız terrorçuluğa qalib gəlməklə həll etmək olar".

Əsəd artıq gələn ilin Ramazan ayına kimi Suriyada sabitliyin bərqərar olacağına ümid etdiyini bildirib.

Prezident deyib ki, ordu döyüş meydanında inanılmaz dərəcədə uğur qazanıb, terrorçu qruplaşmalar və onların xarici sponsorlarını isə müharibə əldən salıb: "Döyüşçülərin əksəriyyəti dinc həyata geri dönmək xatirinə hakimiyyətə təslim olur, bəziləri isə hətta hökumət qüvvələrinin tərəfinə keçir".

Qaynar.info