Dünya 11:13 27.05.2013

Əsəd Türkiyəni vuracaq

Suriya prezidenti Bəşər Əsədin itirəcək heçə nəyi olmadığını hiss etdiyi zaman əlindəki bütün silahlardan istifadə edərək İsrail və Türkiyəni vuracağı bildirilib. 

Qaynar.info-nun məlumatına görə, bu barədə İsrailli Yaxın Şərq mütəxəssisi Mordeçai Kedar  "Arutz Sheva" saytında verdiyi açıqlamasında deyib. 

Kedarın sözlərinə görə, artıq Əsəd çıxılmaz bir vəziyyətdədir və bu da onu hər şeyə əl atmağa vadar edir: "Əsəd hər şeyin bitdiyini gördüyündə raket və digər silahlarla bütün istiqamətlərə atəş aça bilər. Bəlkə Türkiyəyə, Livana, İsrailə zərbələr endirəcək və deyəcək ki, "Cəhənnəmə gedəcəyəmsə, digərləri də digərləri də mənimlə gəlsin". Və İsrail və Türkiyəni vuran dövlət kimi tarixə düşəcək".

Qaynar.info