Dünya 21:33 04.09.2013

Əsədin daha bir yaxını onu tərk etdi

Suriyanın keçmiş müdafiə naziri Əli Həbibi Türkiyəyə sığınıb. 

ANS PRESS “Reuters”ə istinadən bildirir ki, bu barədə Suriya Milli Koalisiyasının üzvü Kamal Əl Labvani bildirib. 

“Əli Həbib rejimin əlindən qaçmağı bacarıb və hazırda Türkiyədədir. Amma bu, onun müxalifətə qatılacağı demək deyil”,- deyə Əl Ləbvani Parisdə bildirib.

Qaynar.info