Dünya 20:34 23.05.2013

Əsgəri küçənin ortasında öldürdülər

İngiltərənin paytaxtı Londonun cənubunda yerləşən Vulviç şəhərində küçə ortasında iki nəfər bir əsgəri öldürüb.

Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, hadisə yerini tərk etməyən cinayətkarlar əllərindəki bıçaq və baltalarla şahidlərdən öz görüntülərinin çəkilməsini istəyiblər.

Görüntülərdə əlində qanlı bıçaq və balta olan zənci cinayətkarın "sizinlə döyüşümüz əsla bitməyəcək" dediyi görünür.

Silahlılar hadisə yerinə gələn polisə də hücum edib. Daha sonra isə polis onları zərərsizləşdirib.

Yaralanan silahlı şəxslərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

İngiltərə hökuməti hadisəsini terror aktı kimi dəyərləndirib. Baş nazir Devid Kemeron Fransa səfərini yarıda kəsərək təcili təhlükəsizlik müşavirəsində iştirak etmək üçün geri qayıdıb.

Qaynar.info