Maqazin 20:20 10.05.2015

Eşqdə ən şanssız qadın: 136 kişi ilə...

Avstraliyalı Belinda Stukeyi dünyanın ən şanssız qadınlardan biri hesab olunan bilər. Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkəsində internet vasitəsilə kişilərlə ən çox yazışan qadınlardan biri olmasına baxmayaraq, onun hələ də sevgilisi yoxdur.
 
35 yaşındakı Stukey 4700 kişidən görüş barədə təklif alıb və o, 2013-cü ilin dekabr ayından 136 kişi ilə görüşüb. Lakin onlardan heç biri ilə ikinci dəfə görüşə bilməyib. Bunun səbəblərinə gəlincə, Stukey özünün kişiləri bəyənmədiyini, bəzi hallarda da kişilərin onu bəyənmədiyini söyləyib.
 
Uğursuzluğa baxmayaraq, ümidini itirməyən Belinda “xüsusi adam”ın axtarışını davam etdirdiyini deyib.

Qaynar.info