Video 15:35 17.09.2019

Prezidentin mitinqində terror: 24 ölü, 31 yaralı (VİDEO)

Əfqanıstan Prezidenti Əşrəf Qəninin iştirak etdiyi mitinqə bombalı hücum təşkil edilib.

Qaynarinfo xəbər verir ki, Pərvan vilayətində baş tutan mitinqdə terror zamanı azı 24 nəfər ölüb, 31 nəfər yaralanıb. Həyatını itirənlərin əksəriyyəti mülki vətəndaşlardır. 

Əşrəf Qəninin zərər çəkmədiyi bildirilir.

Paytaxt Kabildə ABŞ səfirliyi yaxınlığında törədilən digər partlayışda isə 3 nəfər öldürülüb.

Hər iki hücumu Taliban terror təşkilatı öz üzərinə götürüb.

Gülşən