Dünya 17:45 06.08.2018

"Əsrin aşpazı" dünyasını dəyişdi

Dünya şöhrətli fransız aşpaz Joöl Robüşon 73 yaşında dünyasını dəyişib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən aşpaz İsveçrədə vəfat edib. 1989-cu ildə "Əsrin aşpazı" statusunu qazanmış Robüşon dünyada yerləşən çox sayda restoranı idarə edirdi. O, kariyerası ərzində 31 ulduz qazanıb. Məşhur aşpaz Fransa televiziyasında bir neçə verilişin aparıcısı olub.

Gülşən