Ölkə 16:47 13.10.2018

ETSN: Sürüşmənin dinamikasında aktivlik davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 15:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri müşahidələri davam etdirirlər.

Ən son məlumata görə sürüşmənin dinamikasında aktivlik davam edir.

Qeyd edək ki, bu gün səhər saat 11:00-a olan vəziyyətlə bağlı ETSN-nin yaydığı məlumatda qeyd edilirdi ki, sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur.