Dekabrın
10-da səhər saatlarında Bakının Binəqədi rayonunda fəaliyyət göstərən tikinti
materiallarının satıldığı "Eurohome” ticarət mərkəzində yanğın baş vermişdi.
İlkin
məlumata görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın
qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.
Fövqəladə
Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda
texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə
Xidmətinin briqadalarını cəlb edib.
Eyni
zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları
cəlb edilib. Baku TV-nin əməkdaşları gecə saatlarında yanğın baş verən əraziyə
baş çəkib, hadisə yerindəki son vəziyyətlə maraqlanıb. Ərazidə çəkiliş aparan
zaman tüstülənmə müşahidə edilib. Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə
Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb.
Ərazidə
olan polis əməkdaşları oğurluq və digər neqativ halların baş verməməsi üçün
xidmət aparıb. Yanğından qalan isə mağazalardakı müxtəlif növ tikinti
materiallarının külü və bazarın xarabalığa bənzər qalıqları olub.
Qeyd
edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib.
Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük
olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına
havadan müdaxilə edilib.
Səhiyyə
Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası
göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib.
Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya
şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və
Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın
tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin
tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov
şəxsən iştirak edib.
Hadisənin
dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/tyOgvjF8Ioo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər