150 minlik ziyana düşdüm.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib.
Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:
"Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.
Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.
Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.
Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.
Şərhlər