Ekonomiks 12:36 10.12.2019

“EuroHome”dakı yanğının söndürülməsinə dəmir yolunun iki yanğınsöndürmə qatarı da cəlb olunub

"Ekologiya postu” kimi tanınan ərazidə "EuroHome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.

Yanğının söndürülməsinə kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.