Sənət 17:51 29.10.2017

“Eurovision-2018” iştirak edəcək ölkələr (SİYAHI)

"Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək ölkələr müəyyənləşib. "Qaynarinfo" xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək yarışmaya 43 ölkənin təmsilçisi qatılacaq.

"Eurovision-2018”də iştirak edəcək ölkələrin siyahısı: Portuqaliya, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa (bu ölkələr birgə birbaşa final mərhələsinə qatılacaq), Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Qeyd edək ki, bu il Ukraynada keçirilən müsabiqənin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Aydın
Qaynarinfo.Az