Maqazin 09:06 13.05.2018

"Eurovision-2018"in qalibi İsrail oldu (VİDEO)

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub.
 
Qaynarinfo xəbər verir ki, o, «TOY»  mahnısını ifa edərək, 529 xalla birincilik əldə edib.   

İkinci yerdə 436 xalla Kipr, üçüncü yerdə isə 346 xalla Avstriya qərarlaşıb.

Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü "Eurovision” mahnı müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edib. "Eurovision 2018” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.
 
Həmin ölkələr Ukrayna, İspaniya, Sloveniya, Litva, Avstriya, Estoniya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq, Serbiya, Almaniya, Albaniya, Fransa, Çexiya, Danimarka, Avstraliya, Finlandiya, Bolqarıstan, Moldova, İsveç, Macarıstan, İsrail, Niderland, İrlandiya, Kipr və İtaliyadır.
 
Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda səhnəyə 1-ci çıxaraq "X my heart” mahnısını səsləndirib, lakin finala adlaya bilməyib.   

Beləliklə, "Eurovision 2019” yarışması  İsraildə baş tutacaq.