Video 18:18 29.04.2018

"Eurovision" təmsilçimiz ilk səhnə məşqini edib (VİDEO)

Bu il ölkəmizi "Eurovision 2018" mahnı yarışmasında təmsil edəcək ifaçımız Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini gerçəkləşdirib.

Qaynarinfo xəbər verir ki, məşq zamanı çəkilən görüntülər müsabiqənin rəsmi Youtube səhifəsinə yüklənilib.

Ağ geyimdə səhnəyə çıxan Aisel performansı ilə diqqət çəkib.

Qeyd edək ki, "Eurovision 2018"in ilk yarımfinalı may ayının 8-də, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-də baş tutacaq.