Sənət 01:14 11.05.2014

Eurovision-un qalibi transseksual oldu - VİDEO

Dilarə Kazımova 3-cüdür - (ifa olunacaq mahnıların videoklipləri)

Eurovision-da final başladı, Dilarə Kazımova 3-cüdür - (ifa olunacaq mahnıların videoklipləri)

Bu gün mayın 10-dan 11-nə keçən gecə Danimarkanın paytaxtı Kopenhagendə Avropanın ən böyük musiqi müsabiqəsi olan Eurovision yarışmasında final başlayır.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Kopenhagenin “B&W Hallerna” konsert sarayının səhnəsinə Avropanın 26 ölkəsinin nümayəndəsi çıxacaq. Finalda yarımfinalların 20 qalibi, müsabiqəni təsis edən Almaniya, Britaniya, İspaniya, İtaliya, Fransa və Danimarka müğənniləri yarışacaqlar.

Bu ilin əsas favoritləri İsveç, Hollandiya və Avstriya nümayəndələri sayılır.“Eurovision 2014” konsert səhnəsi Kopenhaqenin şərqindəki Refxaleen adasında yerləşir."Eurovison"da qonşuların bir-birlərinə səs verməsi dəfərlə tənqid olunub.Belə ki, yarışçının çıxışı əvəzinə daha çox onun təmsil etdiyi ölkəyə dair siyasi və tarixi rəğbətlər nəzərə alınır.Avropa Yayım Şurasının 46 üzv ölkəsinin iştirak etdiyi Eurovision müsabiqəsi 1956-cı ildən keçirilir.

Birbaşa translasiyanın Bakı vaxtı ilə saat 24-də başlayacağı bildirilir. Püşkatmaya əsasən səhnəyə birinci Ukrayna təmsilçisi Mariya Yaremçuq çıxacaq. O, Tick-Toc adlı mahnısını ifa edəcək. Mariya Yaremçukdan sonra səhnəyə Belarus təmsilçisi olan “Teo” qrupu “Cheesecake” mahnısı ilə çıxacaq. Azərbaycan təmsilçisi Dilarə Kazımova isə 3-cüdür. O, “Start a Fire” mahnısını ifa edəcək. Azərbaycandan sonra növbə İslandiyaya çatacaq. Bu ölkənin “ Pollapönk” qrupu səhnədə “No Prejudice” mahnısını ifa edəcək.

Daha sonra səhnəyə növbə ilə Norveç təmsilçisi Karl Espen (Silent Storm), Rumıniya təmsilçisi Paula Selinq & OVI (Miracle), Ermənistan təmsilçisi Aram (Not Alone) çıxacaqlar.

Ermənistandan sonra növbə  Monteneqro təmsilçisi Sergey Çetkoviçin olacaq (Moy svijet). Ardınca Polşa təmsilçisi Donatan və Kleo oxuyacaq(We Are Slavic).

Yunanıstan təmsilçisi Freaky Fortune və Avstriya təmsilçisi Konçita Vurst müvafuiq olaraq 10-cu və 11-ci olacaqlar.

Almaniya təmsilçisi Elaiza “Is It Right “ mahnısı ilə səhnəyə 12-ci çıxacaq. İsveç təmsilçisi Sanna Nielson isə “Undo” mahnısı 


Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision-2014"ün qalibləri məlum olub. 

"Qafqazinfo"nun məlumatına görə, yarışmanın qalibi 290 xal toplayan Avstriyanın transseksual təmsilçisi Conchita Wurst olub. Hollandiya təmsilçisi İlse Delange  238 xalla ikinci,  İsveç təmsilçisi Sanna Nielsen isə 218 xalla üçüncü sırada qərarlaşıb.

Azərbaycanı “Start a fire” mahnısı ilə təmsil edəb  Dilarə Kazımova 22-ci yerə sahib olub.