"Eurovision" Mahnı Müsabiqəsinin ilk qalibi Liz Assia vəfat edib.
Qaynarinfo xəbər verir ki, 1956-cı ildə yarışmanın qalibi ilan isveçrəli müğənni Sürixin rayonlarından birindəki xəstəxanada 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Assiya İsveçrəni 1957 və 1958-ci illərdə də "Eurovision"da təmsil edib. Müğənni 1924-cü ildə anadan olub. O, səhnə fəaliyyətinə 1940-cı ildə başlayıb. Ömrünün son illərində Liz "Eurovision” mahnı müsabiqəsinə həsr edilmiş müxtəlif tədbirlərdə iştirak edib. 2012-ci ildə Bakıda keçirilən "Eurovision” mahnı müsabiqəsinin fəxri qonağı olub.
Aydın
Şərhlər