Video 22:40 02.12.2018

Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü (VİDEO)

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, bu barədə Nyu-York Polis Departamentinin "Tvitter" səhifəsində bildirilir.

Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: "O (gəlin) "hə!" dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı".

Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun "Tvitter" səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!