ARB TV-nin "Günə doğru” verilişində evsizlərə güzəştli kreditlərlə evlərin verilməsi barədə sujet yayımlanıb.

Qaynarinfo xəbər verir ki, Milli Məclisdə hökumətin 2017-ci il hesabatında maraqlı təkliflər edilib. Onlardan biri millət vəkili Tahir Rzayevin yeni tikilən binalarda istifadəsiz qalan mənzillərlə bağlı fikri olub. O, səsləndirdiyi fikirlərin haradan yarandığını bildirib.

Tahir Rzayev: "MTK-lar uzunmüddətli evlər tikirlər. Bu evlərin bir çoxu boş qalır. Kvadrat metro 350-500 manata başa gəlibsə, 600 manata versin. Daha üstünə çox qoymasın. Vətəndaş da yaşaya bilsin. Hökumət müəyyən normalar təyin etməlidir. MTK-lara imkan verməməlidilər ki, onların hər biri evlərin üzərinə istənilən məbləği qoysun”.

İpoteka kreditləri verilir, sosial mənzillər tikilir. Bu mövcuddur. Amma bu tədbirlər evsiz insanların ev tələbatını ödəmək iqtidarında deyil. Millət vəkili hətta MTK-lar üçün müəyyən normalar tətbiq olunmalıdır.

MTK binanı tikib, bunun üçün bəlli bir maliyyə xərcləyib və bu səbəbdən ucuz qiymətə mənzil satmaq istəmir. O zaman hansı sistem ola bilər?

Vüqar bayramlı (iqtisadçı): "İstifadəsiz binaların dövlət tərəfindən alınması sosial mənzil və ya kirayə fonduna təqdim edilməsindən ibarətdir. Bu zaman dövlət inşaat şirkəti ilə razılıq əsasında mənzilləri alır”.

Tikilən lakin istifadəsiz qalan mənzillərin olması digər tərəfdən dövlətə də ziyandır. İkinci bir bir məsələ də var ki, bu MTK-ların mənzilləri istədiyi qiymətə satmasıdır. Amma millət vəkili konkret təklif verir.

Tahir Rzayev: "Maya dəyərindən əlavə 100% qoya da bilər. Amma çox təəssüf ki, 2-3 dəfə çox baha deyirlər. Müəyyən gəlir götürülsə, kifayət etməlidir”.

Tikilən binalar çoxdur, tikinti də davam edir. Deməli evlər daha da çoxalacaq. Bunun fonunda qiymətləri də gəlirlərlə balanlaşdıraraq etmək olar. Çünki dünyanın bir çox ölkələrindən nümunə götürmək mümkündür.