Dünya 15:56 22.03.2018

Çexiyada kimya zavodunda partlayış: azı 6 ölü

Çexiyanın paytaxtı Praqanın şimalında yerləşən kimya zavodunda partlayış baş verib.

Qaynarinfo Washington Post-a istinadən xəbər verir ki, Kralupi nad Vltavou ərazisində baş verən partlayış barədə bölgə yanğınsöndürmə xidmətinin sözçüsü Vladimira Kerekova məlumat verib. 

Partlayış nəticəsində azı 6 nəfər ölüb, çox sayda şəxs isə yaralanıb.

Gülşən