Xəbər lenti

Əzab çəkirəm, aşkım!
Ölkə 15:38 11.06.2013

Əzab çəkirəm, aşkım!

Mövlud Mövlud


Gözəl anam, biricik aşkım!

Niyə belə oldu? Kim idi günahkar? Kimlər idi bütün bu baş verənlərin səbəbkarı?

Hardan, necə, kimdən başlayacağımı bilmirəm. 1993-cü ildə Etibar Məmmədovun Elçibəyə oxuduğu “Qətnamə”dənmi?

2000-ci ildə Əbülfəz bəy Türkiyədə can çəkişərkən onun xəstəliyi ilə bağlı ən iyrənc şayiələr yayanlardanmı?

Atamın gözümüzün qabağında sənin başını həyət darvazasına çırpmağındanmı?!

***

Axırki “zəhmət”im bəhrəsini verdi. Budur, artıq böyrəklərim sözümə baxmır.“UZİ”yə düşdüyüm gün həkim üzünü mənə tutub “qaqam, deyəsən, “vurmaq”laaran yaxşıdı”, - demişdi. Onda sən əllərini dizinə çırpıb “Allah, məniöldür”,- deyəndə utandım. Çox utandım.  23 illik avara və sərgərdanhəyatımda sənə bir xoş gün yaşatmamışam. Ömrün boyu bu “ciqan” oğlununüstündə tənə eşidib, göz yaşı tökmüsən. Müəllimlərim, qonşular,qohumlar, tanış-biliş - hamı məndən sənə şikayət edib.

Yadımdarmı?Bir dəfə evə dəm gəlmişdim. Mətbəxin qapısında, əlin qoynunda dayanıbmənə baxmağını hələ də unuda bilmirəm. Baxışlarından “nə olacaq balamınaxırı” oxunurdu.

Gərək məni bağışlayasan,mamaşa! Sənə nümunəvi oğul ola bilmədim, bir xoş gün yaşada bilmədim.Təzə-təzə içməyə başlayanda məni qabağına qoyub, “atanızdan çəkdiklərimbəsdir, sən də içsən, yazıq olaram” demişdin. Yalvarmışdın mənə, içməyimdeyə.

Uşaqlıq əhvalatlarını unuda bilmirəm; evdəki dava-şavalar, aşırılan stollar, qırılan qab-qaşıq, ağlaşmalar...

Atamevə yenə sərxoş gəlmişdi. Bir bəhanə tapıb səni döydü. Saçlarındansürüyüb həyətə çıxarmağı, atanın goruna söyə-söyə başını həyət qapısınadöyməyi indi də gözümün qabağına gələndə tıncıxıram.

O gündən kəkələməyə başladım, indi də o səhnə gözümün önünə gələndə bütün bədənim əsir. Mən o günü heç vaxt unutmayacam, mamaşa!

Qohumlarımızmənim pis oğul olduğumu deyirlər. Mənə görə utanırsan, bilirəm. Hərdəfə qohum əqrəbaların evindən gələndə bir yığın “ultimatum”la gəlirsən:“Mövluda de araqdan yazmasın”, «Mövluda de, müxalifətçilərləoturub-durmasın”, «Mövluda de içməsin”…

Nadanyığınına fikir vermə, gözəl qadın! Sənin oğlun dərdli adamdı. Hələ də buüzüboz şəhər onun həssaslığından bir qırıq qopara bilməyib. Hələ dəayağı qırılmış at üçün səhərə qədər ağlaya bilərəm.

Sən canın dəymə, qoy bu gün içim, qurban olum sənə, gözəl anam.


***

Əvvəlləryazılarımı kəsib saxlayırdın. Amma indi əksinə, onları it-bata salırsanki, atamın əlinə keçməsin. Deyirsən, tərbiyəsiz yazıram - “Araq beləgəldi, nəşə belə getdi.” Yaxşı, bir də yazmaram. Sənə qurban olaq - məndə, yazılarım da...

Qoy bunu da içim, daha içməyəcəm.

Məndən narahatsan, bilirəm. Mənə görə çox qorxursan. Üstümdə əsirsən. Qorxma, mamaşa, qorxma, Allah sənə görə dəyməz mənə.

Saçıntökülür, ağarır, üzün qırışır, gözlərindən kədər yağır. Hər dəfə səningözlərinə baxanda elə bilirəm ayaqlarımı, əlimi bədənimdən kəlbətinlədartıb çıxarırlar. Əzab çəkirəm, aşkım, əzab çəkirəm!  Dəymə, sən canın,qoy bu gün bir az içim.

Atamla sevibevlənmisiniz. Bilirəm, bu yaşınızda da bir-birinizi Leyli-Мəcnun kimisevirsiniz. Səni həm sevən, həm də əzab verən atamın üstündə bütünqohum-əqraba səni danlasa da içən, dalaşqan bir kişiyə getdiyinə görəsuçlasa da, sən yenə öz  sevgilinin namını heç kimə vermədin.

***

Öhö...öhö...öhö...Yaxşı, boynuma alım, siqaret çəkirəm. Amma atacam, а tova atacam,narahat olma, ömrüm-günüm, gəl öpüm, gəl, qurban olum, mənim biricikaşkım.

Yaxşı, sil gözünün yaşını, get, yat. Mən də indi gedirəm yatmağa...

***

Hamınıngünahı var, hamının! Qətnaməni “Fatihə” kimi oxuyanlardan tutmuş,“Fatihə”ni Qətnamə kimi oxuyanlara... hamının günahı var!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->