Ölkə 17:57 04.02.2018

Əziz Əzizovun gedişindən sonra Cəlilabadı kim idarə edir?

Xəbər verdiyimiz kimi, fevral ayının 2-də prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək onu Yasamala eyni vəzifəyə təyin edib.

Qaynarinfo-nun məlumatına görə, İcra Hakimiyyətindən unikal.org-a bildirilib ki, Əziz Əzizov artıq kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Cəlilabad rayon İcra Hakimiyyətindən isə deyilib ki, rayonda icra başçısı vəzifəsinin icrası başçının birinci müavini Dövlətov Vidadi Sənan oğluna tapşırılıb.