Texnologiya 14:39 24.07.2019

"FaceApp" 10 gündə 1 milyon dollar qazandı

Son həftələrdə sosial şəbəkələrdə viral olan "FaceApp" proqramı 10 gün ərzində 1 milyon dollar gəlir əldə edib.

Qaynarinfo xəbər verir ki, Rusiyanın "Wireless Lab" şirkəti tərəfindən hazırlanan tətbiqetmə ABŞ tərəfindən istifadəçilərin şəxsi məlumatlarını oğurlamaqda ittiham edilsə də, "FaceApp"in gəlirləri daha da artıb. Bu günə qədər 6,5 milyon nəfər tərəfindən yüklənən tətbiqetmə 9-19 iyul tarixlərində 1 milyon dollar gəlir qazanıb. Şirkətin məlumatına görə, istifadəçi məlumatları 48 saat ərzində bazadan silinir. 

Qeyd edək ki, "FaceApp" vasitəsilə fotolarınıza "qocaltma", "cavanlaşdırma" və s. effektlərinizi verə bilərsiniz.

Gülşən