Texnologiya 17:20 26.01.2019

"Facebook" 3 mesajlaşma xidmətini birləşdirəcək

"Facebook" rəhbəri Mark Zükerberq "Instagram", "WhatsApp" və "Facebook Messenger" mesajlaşma xidmətlərini bir-biri ilə əlaqələndirəcək.

Qaynarinfo xəbər verir ki, layihənin sonunda istifadəçilər mesajlaşma xidmətləri ilə "səyahət" edə biləcək. 2019-cu ilin axırına qədər yekunlaşması planlaşdırılan ideyanın sonunda "Facebook" hesabı olmayan şəxs "WhatsApp" hesabı ilə "Facebook Messenger" istifadəçisi ilə əlaqə yarada biləcək və s. Hər üç mesajlaşma xidmətinin indiki kimi ayrı tətbiqetmələri mövcud olacaq. 

Gülşən