"Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, media qurumları nəticə almaq üçün büdcələrinə nəzər salmalıdır”.

Bizimyol.info xəbər verir ki, Facebook-un fəaliyyətindəki yeniliklər bu sosial şəbəkədən xəbər paylaşımı üçün istifadə edən media qurumlarının işinə təsirsiz ötüşməyəcək. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a deyir ki, Facebook bununla öz sistemini daha çox kommersiyalaşdırmağa çalışır:

"Facebook biznes və reklama diqqəti artırıb. Bizdə olan böyük səhifələr də izləyici kütləsini böyüklüyünə arxayın olmamalıdır. Ödənişli siyasət bazarı bir qədər daraldacaq. Media qurumları nəticə almaq üçün büdcələrinə nəzər salmalıdır”.